Bakıda Zəfər Günü parad olacaq 

17:34 15.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. 

Hafta.az xəbər verir ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. 

Artıq parada hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub./lent.az/